"İndi elə futbolçu yoxdu ki, komandanı maaşa görə tərk etsin. Təbii ki, deyə bilmərəm vəziyyət idealdı. Üç gün gec-tez var. Avqustda maaşlar verilib. Əfsuslar olsun ki, jurnalistlər tərəfindən dezinformasiyalar mətbuata çıxır. Bu da bu yaxınlarda Alfred Sanko ilə bağlı idi. Guya Sanko və Tomiç bizimlə bağlı FİFA-ya şikayət verəcək. Halbuki o, futbolçu ilə birlikdə qarşılıqlı şəkildə pozmuşuq"
Newsport.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Nadirovun növbəti fikirləri klubun fəxri prezidenti Mübariz Mənsimovla bağlı olub: "Fəxri prezidet klubun daima yanındadı və klubla maraqlanır. Hər bir vacib addım atılanda, birbaşa fəxri prezidentə məruzə olunur və xeyir-duası alınır. Onun iştirakı ilə bu proseslər həyata keçirilir. “Xəzər Lənkəran” cərimə olunanda və yaxud da hansısa məhkəməni qazananda bundan iki nəfərin xəbəri varsa, birinci Mübariz bəy olur".