Mahirin komandasının ÇL-dəki potensial rəqibi bilindi

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu  Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"sunun da  potensial rəqibi müəyyənləşib.

Zaqreb təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsində “Astana” (Qazaxıstan) səddini keçəcəyi təqdirdə, 3-cü mərhələdə AEK-lə (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right