Vüqar Nadirov və Ruslan Abışov "Neftçi"yə keçəcək?

"Xəzər Lənkəran" hazırda FİFA tərəfindən kluba qoyulmuş transfer qadağası ilə bağlı mətbuat konfransı keçirir.

Newsport.az-ın məlumatına görə, klubun vitse-prezidenti Tuyqun Nadirov ali futbol qurumunun ədalətsiz yanaşmasından danışıb:

"2014-cü ildə FIFA cəza qərarını çıxartdı. Bundna sonra onlardan bizə məktub daxil oldu ki, qarşıdakı 2 transfer pəncərəsi zamanı yeni oyunçu transfer edə bilmərik. Komandamıza qoyulmuş transfer qadağası ilə bağlı qərar avqustun 31-də qüvvədən düşür və buna görə də, "Xəzər Lənkəran" futbolçu almaq hüququna malik idi. Bu bizə qarşı haqsızlıqdı.

FIFA-nın bu qərarı bizə zərbə oldu. Təbii ki, baş məşqçimizin planları bu qərardna sonra pozuldu. Ancaq biz öz haqqımızı sona kimi tələb edəcəyik. Buna görə də, FIFA-nın bizimlə bağlı yanlış qərar verdiyini sübut etməyə çalışacağıq. Bu qadağadan sonra yeni transferlərimizin - Ruslan Abışov və Vüqar Nadirovun "Neftçi"yə keçməsi ilə bağlı yayılan xəbərlər isə əsassızdı. Onlar komandada qalacaqlar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right