"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Newsport.az-ın məlumatına görə, "köhlən atlar" Çempionlar Liqasının II raundunda Polşanın "Rakuv" komandasına uduzacağı təqdirdə qitənin ikinci dərəcəli klub turnirində 4 cütün məğlubundan biri ilə üz-üzə gələcək.
Bunlar "Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya), "Aris" (Kipr) - BATE (Belarus), "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail) və "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) cütləridir.
Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.