Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
 
Newsport.az-ın məlumatına görə, "köhlən atlar" II raundda Polşanın "Rakuv" komandasını keçəcəyi təqdirdə "Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right