Azərbaycan çempionatları tarixinin bombardirləri

Azərbaycan çempionatları tarixinin bombardirləri açıqlanıb. Newsprot.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən məhsuldar 10 futbolçunun siyahısını dərc edib.
 
1992-ci ildən təşkil edilən çempionatın ən məhsuldar 10 oyunçusunun hər biri yerlidir. Üstəlik, onların hamısı karyerasını başa vurub.
Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu Nazim Əliyevdi. O, 4 komandanın heyətində 183 dəfə fərqlənməklə hələ də əlçatmazdı.
 
1. Nazim Əliyev (1992-1999: “Xəzər” (Sumqayit) - 93, “Neftçi” - 42, “Qarabağ” - 23, “Dinamo” - 25) – 236 oyunda 183 qol
2. Müşfiq Hüseynov (1992-2007: “Qarabağ” - 109, “Kəpəz” - 7, “Neftçi” – 9) – 305 oyunda 125 qol
3. Rövşən Əhmədov (1992-2005: “Turan” - 23, “Kəpəz” - 75, “Şəmkir” – 18) – 290 oyunda 116 qol
4. Samir Ələkbərov (1992-2001: “Neftçi” - 99, “Kür-Nur” - 6, “İnter” – 10) – 170 oyunda 115 qol
5. Qurban Qurbanov (1992-2006: “Daşqın” - 24, “Turan” - 20, “Kür-Nur” - 4, “Neftçi” - 66, “İnter” – 1) – 161 oyunda 115 qol
6. Alay Bəhramov (1992-2002: “Viləş” - 93, “Şəmkir” – 15) – 243 oyunda 108 qol
7. Nadir Nəbiyev (1995-2012: “Turan” - 63, “Neftçi” - 37, “Xəzər Lənkəran” – 3) – 316 oyunda 103 qol)
8. Vadim Vasilyev (1994-2007: “Bakı Fəhləsi” - 49, “Neftçi” - 32, “Qarabağ” - 12, “Bakı” - 7, “Karvan” – 2) – 259 oyunda 102 qol
9. Xaqani Məmmədov (1994-2011: “Neftçi” - 12, “Xəzər” (Sumqayıt) - 7, OİK - 5, “Bakı Fəhləsi” - 9,  “Şəmkir” - 19, “Xəzər Lənkəran” - 8, “Olimpik” - 13, “İnter” - 22, “Karvan” – 7) – 277 oyunda 102 qol
10. Kənan Kərimov (1995-2011: “Avtomobilçi” - 3, “Qarabağ” - 16, “ABN Bərdə” - 4, “Viləş” - 9, OİK - 6, “Kəpəz” - 14, “Şəmkir” - 19, “Turan” - 15, “Karvan” - 4, Qəbələ” – 11) – 328 oyunda 101 qol




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right