Tuyqun Nadirov: Maaşların gecikməsi ilə bağlı bizdə heç bir şikayət olmayıb

"Xəzər Lənkəran"ın vitse-prezidenti bu klubda futbolçuların maaşlarının gecikdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"İndiyə kimi heç vaxt hansısa futbolçu maaşların gecikməsi ilə bağlı bizə şikayət etməyib. Hər şeyin ideal olduğunu da deməzdim. Kiçik gecikmələr olur, amma hər kəsin pulunu ödəyirik. Oyunçuların müqavilələrində hətta maaşların neçə günlük gecikməsinin mümkünlüyü də qeyd olunub. "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da daim bizimlədir. O da klub prezidenti Mais Mənsimov kimi komandanın vəziyyəti ilə tez-tez maraqlanır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right