"Fiorentina"nın sabiq üzvü "Sumqayıt"da Rəsmi

"Sumqayıt" növbəti transferi reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" Oktavio Manteka ilə müqavilə imzalayıb. 

"Gənclik şəhəri" təmsilçisi Bolqarıstanın "ÇSKA 1948" klubuna məxsus olan braziliyalı yarımmüdafiəçini 1 illik icarəyə götürüb.

"Botafoqo" klubunun yetirməsi olan Oktavio Manteka karyerası ərzində İtaliyanın "Fiorentina", Belçikanın "Beerşot", Bolqarıstanın "Beroe", "Lokomotiv" (Sofiya) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right