"Qəbələ"nin yeni transferi: "Omoniya"nı məğlub edərək növbəti mərhələyə adlayacağımıza inanıram"

"Hazırlıqlarımız yaxşı səviyyədə davam edir. Türkiyədə də təlim-məşq toplanışı keçdik. İndi də, buna davam edirik".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin yeni transferi Gilad Abramov deyib.

O, "Qəbələ"də özünü xoşbəxt hiss etdiyini bildirib: "Bura gələndə, ailə ab-havasını dərhal hiss etdim. Hamı məni çox yaxşı qarşıladı. Özümü "Qəbələ"də çox yaxşı hiss etdiyimi deyə bilərəm. Komanda üçün əlimdən gələni edəcəm".

İsrailli futbolçu komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Omoniya"ya qarşı keçirəcəyi oyunundan gözləntilərini də bölüşüb: "Omoniya" yaxşı komandadır. Amma mən komandama və dostlarıma güvənirəm. "Omoniya"nı məğlub edərək növbəti mərhələyə adlayacağımıza inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right