"FİFA-nın bizə qarşı qərəzi var" - Tuyqun Nadirov

"Mövzumuz "Xəzər Lənkəran”ın tranfser qadağası ilə bağlıdır. Bildiyiniz kimi, FİFA klubumuza qadağa qoyub. 2014-cü ilin avqustunda qərar qəbul olunub və həmin ilin oktyabrında bizə göndərilib”.

Newsport.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
 
FİFA-nın kluba tətbiq etdiyi cəzanı qüvvədə saxlaması ilə bağlı keçirilən mətbuat konfransında klub rəsmisi olaya belə aydınlıq gətirib:
 
"Bu qadağa avqustun 31-də başa çatıb. Biz də öz növbəmizdə yeni oyunçular transfer etmişik. AFFA tərəfindən FİFA-ya məktub da göndərilib. Amma əfsuslar olsun ki, FİFA bizə yeni yeni oyunçuların sifarişinə icazə verməmişdir. Bu bizə qarşı haqsızlıqdır. Çünki bizə daxil olan reqlamentdən sonra qaydalar dəyişib və bizə yeni qaydalara əsasən, qadağa qoyulub. FİFA-dan gələn məktubun əsas məqsədi klubumuzu zəiflətməkdir”.
 
Qeyd edək ki, "Xəzər Lənkəran” son qərara əsasən yanvar "transfer pəncərəsi”nə qədər heç bir keçidi rəsmiləşdirə bilməz.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right