"Xəzər Lənkəran”a FİFA tərəfindən transfer qadağasının qoyulması ilə bağlı məlumatlısınız. Newsport.az saytının məlumatına görə, bu dəqiqələrdə klub rəsmiləri məsələ ilə bağlı media əhli ilə görüş keçirir.
"Hilton” otelində reallaşan görüşdən əvvəl isə "Xəzər Lənkəran” tərəfi FİFA-dan onlara dünən gəlmiş məktubu jurnalistlərin diqqətinə çatdırıb. Hüquq məsələləri üzrə direktor Marko Villiger və Oyunçuların statusu və idarəetmə üzrə rəhbər Omar Onqaronun imzasıyla daxil olmuş məktubda açıq-aydın yazılıb ki, cənub təmsilçisinin apellyasiyası rədd edilir. Üstəlik, Lənkəran təmsilçisinin irəli sürdüyü fikirlər də qəbul edilməyib. Kluba AFFA-nın müəyyən etdiyi növbəti trnasfer pəncərəsinə qədər qadağa qoyulub. Bu isə "Xəzər Lənkəran”ın yanvara qədər heç bir yeni oyunçusunu sifariş edə bilməyəcəyi anlamına gəlir.