“Qarabağ”ın sabiq futbolçusunun bu kluba keçidi baş tutmadı

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Cavid Tağıyevin "Araz Naxçıvan"a keçidi gözlənilirdi. 

Newsport.az saytına verilən məlumata görə, son olaraq "Turan Tovuz"da oynamış yarımmüdafiəçinin Naxçıvan klubu ilə müqavilə imzalayacağı gözlənilsə də, bu, reallaşmayıb. 

Tərəflər arasında maliyyə məsələsində razılıq əldə edilməyib. Tağıyevin yeni mövsümə hansı komandada başlayacağı dəqiq deyil.

30 yaşlı futbolçu AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Səbail” klublarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right