"Sumqayıt"dan növbəti transfer

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" Portuqaliya təmsilçisi “Vitoria Gimaraeş”ə məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış etmiş pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right