"Musa Qurbanlı "Elfsborq"a qarşı oynamağa hazırdır"

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı bu həftə yeni klubu  “Yurqorden”də debüt edə bilər.

Newsport.az "aftonbladet.se" saytına istinadən xəbər verir ki, bu barədə İsveç klubunun baş məşqçisi Tomas Lagerlöf məlumat verib. O bildirib ki, 21 yaşlı hücumçu İsveç çempionatının 17-ci turunda keçiriləcək "Elfsborq"la mərkəzi matçda oynamağa hazırdır.

Qeyd edək ki, iyulun 22-i olacaq sözügedən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Hazırda turnir cədvəlində "Elfsborq" 36 xalla (15 oyun) 1-ci, "Yurqorden" 30 xalla (16 oyun) 4-cüdür.

Xatırladaq ki, bir neçə gün əvvəl M.Qurbanlıya  İsveçdə işçi vizası verilib. Bununla da futbolçunun yeni klubu “Yurqorden”də oynaması üçün yaranan hüquqi maneə tamamilə aradan qalxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right