Konfrans Liqası: "Neftçi"nin səfərdəki oyununu estoniyalı hakim idarə edəcək

Bosniya və Herseqovinada "Jelezniçar"la "Neftçi" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardımçı olacaqlar. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də "Qrbavitsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right