“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ı ilə ilk matçının - səfər oyununun vaxtı müəyyənləşib.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da start götürəcək.