Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv"da ayrılıq baş verib.
Newsport.az xəbər verir ki, Polşa klubu Tobiaş Kubiki icarəyə verib. Bu barədə Çenstohova təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında I Liqada mübarizə aparan "Skr Çenstohova"da keçirəcək.
Tobiaş Kubik "Rakuv"un yetirməsidir. Gənc oyunçu əsas komandanın heyətində 1 rəsmi matçda meydana çıxıb.
Qeyd edək ki, "Qarabağ" "Rakuv"la ilk matçı iyulun 26-da səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 2 avqust tarixində Bakıda baş tutacaq.