Bişçan Mahirə güvənmir

Ötən mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi “Konyaspor”dan qayıdan azərbaycanlı hücumçu Mahir Emrelinin Zaqreb “Dinamo”sunda işi asan olmayacaq. Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi İqor Biscan 25 yaşlı forvarda güvənmir.

Sərəncamında Emreli və Yosip Drmiç kimi hücumçular olan Biscan ön xətdəki durumdan məmnun deyil. Məhz buna görə, çalışdırıcı aparıcı hücumçuları Bruno Petkoviçin satılmasına razılıq vermir. Xorvatiya millisinin üzvü, xüsusən də, Türkiyə klublarının diqqət mərkəzindədir. Ancaq “Dinamo” hələlik təklifləri qəbul etmir.

Baş məşqçi yeni hücumçular alınacağı təqdirdə, Petkoviçin satılmasına icazə verəcək. Bu isə o deməkdir ki, Biscan Mahir Emrelini əsas heyət üzvü kimi görmür.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right