“Neftçi”nin istədiyi futbolçu Türkiyə klubunda

“Neftçi”nin transfer etmək istədiyi Daniel Qraovaçın Azərbaycana gəlməyəcəyi dəqiqləşib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, “Kasımpaşa”nın mərkəz müdafiəçisi Türkiyədə qalmaq qərarına gəlib.

30 yaşlı bosniya və herseqovinalı oyunçu aşağı liqa təmsilçisi “Manisa” ilə anlaşıb. Ancaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Adrian Mutunun istədiyi Daniel Qraovaç “Neftçi” ilə maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right