"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsindəki qarşılaşma öncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Elşən Rzazadə ilə Adrian Skarlatake "Rəvan"la son oyunda qırmızı vərəqə aldığından qarşıdakı matçı buraxmalı olacaq. Yeni futbolçuları oyuna qədər sifariş edə bilməsək, sərəncamımda cəmi 12 futbolçu qalacaq. Onların da 4-5-i əvəzedici heyətin üzvləridir. Yəqin ki, belə bir heyətlə "Qarabağ"a qarşı mübarizə aparmağın necə çətin olduğunu başa düşürsünüz. Bütün çətinliklərə baxmayaraq, biz bu oyunda müsbət nəticə qazanmaq üçün mübarizə aparacağıq".