“Neftçi” daha bir transfer həyata keçirib.Newsport.az xəbər verir ki, “ağ-qaralar” yenə müdafiənin mərkəzini gücləndirib.
Belə ki, “Sepsi”nin macarıstanlı oyunçusu Mark Tamaşın karyerasını Azərbaycan təmsilçisində davam etdirəcəyi dəqiqləşib. Rumıniya klubu da 30 yaşlı arxa xətt oyunçusu ilə vidalaşdığını açıqlayıb. Tamaş “Neftçi”yə azad agent kimi keçəcək.
Qeyd edək ki, Adrian Mutunun baş məşqçi postuna təyinatından sonra “Neftçi” ÇFR-in braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası alıb.