“Omoniya”nın futbolçusu: “Superkubok oyunu “Qəbələ” ilə matça yaxşı sınaq olacaq”

“Superkubokda “Aris”lə oyun “Qəbələ” ilə matça yaxşı sınaq olacaq”.

Newsport.az-ın məlumatına görə, bunu Kiprin “Omoniya” klubunun futbolçusu Roman Bezus yerli mətbuata açıqlamasında deyib.

Ukraynalı yarımmüdafiəçi həm bu gün “Aris”ə qarşı keçiriləcək görüşə, həm də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə baş tutacaq matça hazır olduqlarını söyləyib: “Hər iki görüşə tam hazırıq. Yeni transferlərimiz də keyfiyyətli oyunçulardır. “Aris” avrokuboklarda mübarizə apardığından, “Qəbələ” ilə oyunöncəsi onlarla qarşılaşmaq vacib məqamdır”.

Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right