"Benfika"nın sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər

Portuqaliyanın "Amore" klubundan ayrılan futbolçu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az "Record"a istinadən xəbər verir ki, ölkə təmsilçilərindən biri 23 yaşlı müdafiəçi ilə maraqlanır.

Nəşr həmin klubun adını açıqlamayıb. Qvineya-Bisaudan olan oyunçu Kipr və Portuqaliyadan da təkliflərinin olduğu bildirilib.

Qeyd edək ki, Kalifo Balde ötən ilin yayında "Amore"yə keçib. O, daha əvvəl "Benfika"nın U-19 və əvəzedicilərdən ibarət komandasında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right