Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakov” (Polşa) cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü almaniyalı hakimlər birqadası idarə edəcək. Avqustun 2-də keçiriləcək matçın baş hakimi Sven Yablonski olacaq. Ona yənn xətt hakimləri qismində Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. 4-cü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.