"Qarabağ"qalib gəldi, "Qəbələ" uduzdu YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Günün ilk matçı Gəncədə baş tutacaq. Burada “Kəpəz” AZAL-ı qəbul edəcək. Cari mövsüm xala həsrət qalan “təyyarəçilər” Şahin Diniyevin komandası ilə oyunda ilk uğurlu nəticəsini qazanmağa çalışacaq.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” səfərdə “İnter”in qonağı olacaq. Roman Qriqorçukun komandası son zamanlar yaxşı günlərini yaşamayan paytaxt klubu ilə oyunun  favoriti hesab olunur. 

Avropa Liqasındakı digər təmsilçimiz “Qarabağ” öz meydanında “Xəzər Lənkəran”I qəbul edəcək. Ağdam klubu liderliyini qorumağa, cənublular isə qələbə qazanaraq ilk “üçlük”dəki yerini qorumağa çalışacaq.
Turun digər oyunları isə sabah keçiriləcək.

 

12 sentyabr (şənbə)

Azərbaycan Premyer Liqası, IV tur
 
20:00. “İnter” – “Qəbələ” - 2:1
Qollar: 
Dieqo Martins, 9 (1:0), 29 (2:0)
, Aleksey Antonov, 85 (2:1)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“İnter Arena”
 
20:30. “Qarabağ” – “Xəzər Lənkəran” - 1:0 

Qol:Samuel Armenteros,73(1-0)
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
“Dalğa Arena”

16:00. “Kəpəz” – AZAL - 1:0
Qol: 
Dario Federiko (1:0)
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov  
Gəncə şəhər stadionu

13 sentyabr (bazar)
 
19:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
"Kapital Bank Arena"
 
21:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
“Bayıl Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right