Dünya reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

FİFA dünya üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının sıralamadakı mövqeyi dəyişməyib. Canni de Byazinin baş məşqçilik etdiyi komanda əvvəlki cədvəldə olduğu kimi 121-cidir. Millinin aktivində 1143.22 xal var.

Siyahıya 1843.73 xalla son dünya çempionu Argentina liderlik edir. 1843.54 xalı olan Fransa 2-ci, 1828.27 xalı olan Braziliya isə 3-cüdür. Qardaş ölkə Türkiyənin aktivində 1484.47 xal var və 41-cidir. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right