"Zirə"nin Türkiyə klubu ilə oyununun vaxtı açıqlandı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin yerli “Fatih Karagümrük”ə qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu haqda paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Matç iyulun 21-də, “Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Zirə” Türkiyə toplanışı zamanı ötən mövsüm Superliqanı tərk edən “Qaziantep”lə də yoxlama görüşü keçirəcək. Komanda Bakıdakı təlim-məşq toplanışı çərçivəsində "Kəpəz"ə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right