"Eşitdiyimə görə, Musa yaxşı oğlan və yaxşı futbolçudur"

"Yurqorden"in yarımmüdafiəçisi Oliver Berq yeni komanda yoldaşı, millimizin forvardı Musa Qurbanlı haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, "Fotbollskanalen"ə danışan isveçli Musa barədə xoş fikirlər səsləndirib:

"Çox güman ki, ikimiz də meydanda olsaq, bir addım geri çəkilib, Qurbanlının arxasında oynamalıyam. Qarşımda doqquz nömrə olanda mənə də xoşdur.

Musa ilə tanışlıq maraqlı olacaq. Eşitdiyimə görə, o, yaxşı oğlandır, həm də yaxşı futbolçudur.

Düşünürəm ki, cərimə meydançasında daim aktivlik göstərən, “eybəcər” toplara can atan “doqquzluğ”un olması bizim üçün faydalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right