Vüsal İsgəndərlinin komandası ermənilərə qarşı

Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" bu gün Konfrans Liqasının birinci təsnifat mərhələsində cavab matçına çıxacaq. 

Newsport.az xəbər verir ki, albanlar "Ararat Armenia" ilə üz-üzə gələcək. İrəvanda keçirilmiş ilk matç 1:1 hesabı ilə yekunlaşmışdı. Cavab matçına 22:00-da start veriləcək. 

Xatırladaq ki, Vüsal Ermənistanda keçirilmiş görüşün 59-cu dəqiqəsində meydana çıxmışdı. 

22:00. “Eqnatiya” (Albaniya) - “Ararat Armenia” (Ermənistan) 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right