2023/2024 mövsümünün transfer fəaliyyətini davam etdirən “Zirə” yeni futbolçu ilə anlaşıb.
Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Tiaqo Silvanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı qapıçıyla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu daha əvvəl ölkəsinin “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.