"Xəzər Lənkəran" sabah mətbuat konfransı keçirəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi "Facebook" səhifəsindən məlumat yayılıb.
Mənbədə bildirilir ki, konfrans FİFA tərəfindən Lənkəran təmsilçisinə tətbiq olunmuş transfer qadağası ilə bağlı olacaq.
Qeyd edək ki, toplantı sabah saat 12:00-da "Hilton" otelində baş tutacaq.