"Rakuv"un baş məşqçisi "Qarabağ"dan çəkinmir

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Rakuv"un baş məşqçisi David Şvarqa açıqlama verib.

Newsport.az xəbər verir ki, o, 1-ci təsnifat mərhələsinin "Flora" (Estoniya) isə səfər oyunundan (3:0) sonra komandasının bu turnirdəki potensialını dəyərləndirib:

“Düşünürəm ki, biz hər kəslə rəqabət apara bilərik. Bunu hazırlıq dövrünün yoxlama oyunlarında da gördük. Bəli, növbəti mərhələdə rəqib daha çətin olacaq. Amma əminəm ki, potensial olaraq daha güclü komandaya qarşı oynasaq belə, istənilən rəqiblə mübarizə aparmağa qadirik".

Xatırldadaq ki, Polşa klubu iki oyunun (1:0, 3:0) nəticəsində "Flora"nı üstələyərək 2-ci təsnifat mərhələsinə yüksəlib. "Qarabağ" isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Linkoln"la bu gün Bakıda qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right