“Qarabağ”ın potensial rəqibinin oyunu təxirə salınıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki potensial rəqibi “Rakuv”un Polşa çempionatında oyunu təxirə salınıb.

Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, ölkə çempionunun Ekstraklasanın II turunda “Korona” ilə səfər görüşü təyin olunan vaxtda baş tutmayacaq.

“Rakuv”un yerli federasiyaya müraciətindən sonra iyulun 29-dakı matç başqa tarixə keçirilib. Çenstoxova təmsilçisi bunun sayəsində ÇL-in II raundunda cavab oyununa hazırlaşa biləcək.

“Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”u üstələsə, növbəti raundda “Rakuv”la qarşılaşacaq. Polşa klubu ilk oyununu iyulun 26-da evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab oyunu bu gün Bakı Olimpiya Stadionunda (20:00) olacaq. Ağdamlılar Cəbəllütariqdə 2:1 hesablı qələbə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right