Mahir start heyətində olacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”suna qayıtdıqdan sonra ilk rəsmi oyununa çıxmağa hazırlaşır. Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi İqor Biscan ölkə çempionatının I tur matçında onun xidmətindən yararlanacaq.

Xorvatiya Super Kubokunda “Hayduk”u 1:0 hesabı ilə məğlub etdikləri görüşü buraxan 25 yaşlı hücumçunun həmin komanda ilə liqa görüşündə iştirakı gözlənilir. Split təmsilçisi ilə matçda hücum xəttindən narazı qalan çalışdırıcı bu dəfə dəyişiklik etməyi planlaşdırır. O, həm Mahir Emrelini, həm də Yosip Drmiçi ilk dəqiqələrdən meydana buraxmaq istəyir.

Qeyd edək ki, “Dinamo” – “Hayduk” oyunu iyulun 21-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right