Çempionlar Liqası: “Qarabağ”ın növbəti raunddakı mümkün oyununun vaxtı müəyyənləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün oyunun vaxtı müəyyənləşib.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə, Polşa klubu “Rakuv”la iyulun 26-da qarşılaşacaq.

“Qarabağ” – “Linkoln” cütünün qalibi həmin gün II mərhələnin ilk görüşündə Polşa klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-ə planlaşdırılıb.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” bu gün Bakı Olimpiya Stadionunda I təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar. Bu komandalar arasındakı ilk matçda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right