“Qarabağ”dan dəhşətli rəqib yoxdur”

Çempionlar Liqasının I təsnifat mərhələsində “Flora”nı məğlub edən “Rakuv” növbəti raunda yüksəlməsinə görə tam sevinə bilmir. Newsport.az xəbər verir ki, Polşa çempionunun II təsnifat mərhələsində “Qarabağ”la düşmək ehtimalı komandanı narahat edir.
 
Yerli KİV “Qarabağ”ın I raundda “Linkoln”u üstələyəcəyinə şübhə etmir. Həmkarlarımız Azərbaycan təmsilçisini özləri üçün arzuolunmaz rəqib adlandırıblar:
 
“Polşa klublarının avrokuboklarda üz-üzə gəldiyi klublar arasında “Qarabağ”dan dəhşətli rəqib yoxdur. “Rakuv” da növbəti mərhələdə komandalarımızın ən böyük cəlladı ilə qarşılaşa bilər. Qafqazın futbol “canavarı” ilə qarşılaşmalarımız uğursuz başa çatıb. Azərbaycan komandasının ambisiyalarına baxanda, onların “Linkoln”u keçməklə kifayətlənəcəklərini gözləmək olmaz. Bu komanda Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyir”.
 
Qeyd edək ki, “Qarabağ” bu gün cavab oyununda “Linkoln”u qəbul edəcək. Cəbəllütariqdəki ilk görüşdə ağdamlılar 2:1 hesablı qələbə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right