“Spartak” - “Neftçi” oyununda niyə qalmaqal düşdü?

Moskva “Spartak”ı ilə “Neftçi” arasında dünən keçirilən yoxlama görüşündən sonra qalmaqal yaşanıb. Newsport.az xəbər verir ki, qarşılaşma zamanı pirotexniki vasitələrdən istifadə yerli azarkeşlərə baha başa gəlib.
 
“Otkrıtiye Bank Arena”dakı görüşü məhz bu səbəbdən bir neçə dəqiqəlik dayandırılmışdı. Oyun yekunlaşdıqdan sonra isə “Spartak”ın fəal azarkeşlərinin yerləşdiyi B stendinin aşağı sektorlarında 103-dən 105-ə kimi çıxışlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb.
 
Təxminən 10 dəqiqə çəkən bu qadağanın ardından çevik qüvvələr həmin sektorlardakı insanların çıxışına icazə verib.
 
Qeyd edək ki, “Spartak” - “Neftçi” oyunu Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right