Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama görüşünü keçirəcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan klubu üçüncü sınağına Şimali Makedoniya təmsilçisi “Qostivar”la matçda çıxacaq.
“Qəbələ”nin məskunlaşdığı “Termal” otelin məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
“Qostivar” 2022/2023 mövsümündə ikinci dəstədə 2-ci yeri tutaraq, yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, buna qədər Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.