“Neftçi”nin prezidenti Kamran Quliyev Moskva “Spartak”ı ilə keçirilən yoxlama görüşündən sonra “Match TV”yə müsahibə verib. Newsport.az xəbər verir ki, futbol funksioneri Rusiya təmsilçisi ilə imzalanan əməkdaşlıq memorandumunda geniş imkanlar nəzərdə tutulduğunu bildirib.
– “Spartak”la növbəti oyunun tarixinə qərar vermisiniz?
– Bu oyunu açıqlamamışıq, amma əməkdaşlıq memorandumu var.
– Bu il planlaşdırırsınız?
– Görək necə olacaq. “Spartak”ın yeni baş direktoru var, onunla əlaqə saxlayacağıq.
– “Spartak”la əməkdaşlıq “Neftçi” üçün nə deməkdir?
– Memorandum bir sənəddir. Əslində nə olacaq – görəcəyik. Ümid edirəm ki, bu, hər iki klub üçün, Azərbaycan futbolunun burada və Rusiya futbolunun Azərbaycanda təbliği üçün səmərəli olacaq. Zaman göstərəcək. Biz bu barədə optimistik.
– Əməkdaşlıq ancaq dostluq görüşlərinin keçirilməsindən ibarətdir?
– Xeyr, bu, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlardır. Düşünürəm ki, təfərrüatlar daha sonra açıqlanacaq. Hər şey çox yaxşıdır. Fikrimcə, “Zenit”lə də eyni şəkildə işləyəcəyik. Sabit kağızlar yaxşıdır. Ancaq ünsiyyət qurmaq, işləmək lazımdır. Məncə, “Zenit” və “Spartak”la yaxşı dostluq münasibətlərimiz olacaq.