Rusiyalılar azərbaycanlı futbolçuya 600 min avro qiymət qoydu

“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyevin “Neftçi”yə transferi baş tutmayıb. Newsport.az Rusiya mətbuatına istinadən məlumatına görə, maliyyə məbləğində klublar razılıq əldə edə bilməyiblər.
 
Halbuki, azərbaycanlı futbolçu Sankt-Peterburqda olarkən “Neftçi”nin düşərgəsinə yollanıb, hətta tibbi müayinədən də uğurla keçib. Lakin “Ximki”nin tələbi ilə “Neftçi”nin təklifi üst-üstə düşməyib.
 
Rusiyalılar 26 yaşlı oyunçu üçün 600 min avro istədiyindən, Bakı klubu transferdən imtina edib. Bu səbəbdən Quliyev bir həftəlik fasilədən sonra “Ximki”nin düşərgəsinə qayıdıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right