Azərbaycanın futbol çempionatlarında gümüş və bürünc mükafat olmayacaq

Azərbaycan çempionatının I, II liqasında və əvəzedicilərində ikinci və üçüncü yeri tutan komandalara medallar verilməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2023/2024 mövsümündə adıçəkilən liqalarda 2-3-cü yerləri tutanlar gümüş və bürünc mükafat almayacaqlar. Yalnız mövsümü çempion kimi başa vuran komanda qızıl medala sahib çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right