“Oklahoma-Siti Tander” serbiyalı basketbolçu Vasilie Misiçlə müqavilə imzaladığını bəyan edib. 29 yaşlı basketbolçu ilə dəyəri 23,5 milyon dollar olan 3 illik müqavilə imzalanıb.
Son 5 mövsümü “Anadolu Efes”də keçirən oyunçu 2 dəfə Avroliqanın qalibi olub. Hər iki yarışda o, “Dördlər finalı”nın MVP-si seçilib.
Son mövsümdə komandası ilə Türkiyə çempionu olan Misiç çempionatı 16,3 xallıq göstərici ilə tamamlayıb. Avroliqada isə sebriyalı basketbolçunun göstəriciləri 16 xal, 3,2 ribaund və 5,4 assistə bərabər olub.