Matias “Neftçi”də 18 min avro maaş alacaq

“Neftçi”nin yeni transferi Yuri Matiasın paytaxt klubunda alacağı maaş müəyyənləşib. Newsport.az-ın “prosport.ro”ya istinadən məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi öncədən təxmin edildiyi kimi, “ağ-qaralar”da astronomik məbləğ almayacaq.

Belə ki, 28 yaşlı oyunçunun Premyer Liqa təmsilçisində aylıq qazancı 18 min avro təşkil edəcək. Bu isə ildə 216 min avro edir.

Hazırda komandanın düşərgəsində Moskvada olan Yuri Matiasın keçidi tezliklə açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right