AFFA rəsmisi UEFA-dan təyinat alıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Milli assosiasiyadan Newsport.az-a verilən məlumata görə, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.

E.Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.

Qeyd edək ki, iyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right