"Kəpəz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən "Kəpəz" komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən Newsport.az-a verilən məlumata görə, "sarı-göylər" Olavale Onanuqa ilə anlaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyada "Kastrioti"nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right