“Araz-Naxçıvan” Bakıda oynayacaq

Premyer Liqanda mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

Newsport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komandamız rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right