Musa Qurbanlı “Malmö”yə qarşı oynayacaqmı?

“Yurqorden” yeni transferi Musa Qurbanlını İsveç çempionatının XV turunda “Malmö” ilə bu gün keçiriləcək oyunun iştirak ərizəsinə daxil edib. Newsport.az xəbər verir ki, buna rəğmən 21 yaşlı hücumçunun debütü yubana bilər.
 
Buna səbəb Qurbanlı da daxil olmaqla, iki yeni transferin işçi vizası ilə bağlı icazəni hələ almamasıdı. Həm Musa, həm də Feliks Vanın işçi vizası ilə bağlı problemi yoluna qoyulmasa, hər ikisi matçın iştirak ərizəsindən çıxarılacaq.
 
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right