“Neftçi” daha bir transferi reallaşdırıb. Premyer Liqanın bürünc mükafatçısı braziliyalı müdafiəçi Yuri Matiasla güclənib.
Newsport.az saytı xəbər verir ki, 28 yaşlı oyunçu artıq dünən Moskvaya yollanıb. Rumıniyanın ÇFR klubundan transfer edilən futbolçu hazırda Rusiyanın paytaxtında təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsindədir.
Bakı təmsilçisi tezliklə transferin detallarını açıqlayacaq.