Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.
Newsport.az xəbər verir ki, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından, yamacları sıldırımlı, zirvəsi 2400 metrdən hündür olan Haça dağ, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.
Loqoya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da həkk olunub.
Klubun əvvəlki loqosu belə idi: