Bakı klubu İspaniyada oynamış futbolçuya ehtiyac duymadı

Başa çatan mövsümü İspaniya aşağı liqa klubları olan "Moralo" və "Marino de Luanko"da keçirmiş Nazim Məmmədzadənin "Səbail"də baxışda olması barədə məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi paytaxt klubunda qalmayacaq. Belə ki, o, məşqçilər korpusunun etimadını qazana bilməyib. Ona görə də, onunla müqavilə imzalanmayacaq.

Futbolçunun yeni mövsümə harada başlayacağı isə hələ ki, bəlli deyil.

"Neftçi" yetirməsi olan Məmmədzadə Şimali Makedoniyada da legioner həyatı yaşayıb. O, "Renova"nın formasını geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right